“Neftçi” üçün Molçanov və Erdemir
- 19 Avq 2020 16:00
- 842
Futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Şkupi” (Şimali Makedoniya) matçının UEFA nümayəndəsi və hakim-inspektoru müəyyənləşib.
Rekord.az xəbər verir ki, oyunun UEFA nümayəndəsi Oleq Molçanov (Moldova), hakim-inspektoru isə Orhan Erdemirdir (Türkiyə).
Bundan əvvəl "Neftçi” – "Şkupi” matçının hakim təyinatları da açıqlanmışdı. Oyun Latviyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Aleksandr Qolubev olacaq. Ona Raymond Tatrik və Yevgeni Morozov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Arti Kenin yerinə yetirəcək.