“Neftçi” üçün “Qalatasaray”, “Dinamo” və “Kayrat”
- 31 Avq 2020 11:30
- 801
UEFA “Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayını məhdudlaşdırıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi püşkatma nəticəsinə bu 3 komandadan biri ilə qarşılaşacaq:
“Dinamo” (Moskva, Rusiya), “Qalatasaray” (Türkiyə), “Kayrat” (Qazaxıstan).
Bu rəqiblərlə nəinki "Neftçi", Azərbaycanın heç bir klubu avrokuboklarda görüşməyib. "Ağ-qaralar" SSRİ çempionatında güclülər dəstəsində Moskva "Dinamo" və "Kayrat"la dəfələrlə qarşılaşıb, "Qalatasaray"la matçı isə yoldaşlıq görüşü səviyyəsində olub.
Qeyd edək ki, Avropa Liqasının 2-ci təsnifat mərhələsinin püşkü bu gün İsveçrənin Nyon şəhərində atılacaq. Tədbir Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.