Bu gün futzal üzrə Yüksək Liqada 10-cu turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, ikinci dövrənin ilk oyununda lider “Araz”la “Baku Fire” üz-üzə gəlib. Bu komandalar arasında keçirilmiş görüşdə “Araz” 4:1 hesablı qələbə qazansa da, debütant təcrübəli rəqibinə kifayət qədər həyəcanlı dəqiqələr yaşatmışdı. Bu dəfə isə “Araz” böyük hesabla qalib gəlib.

Turun mərkəzi oyununda “ilk 4-lüy”ə iddialı “Neftçi” və “Marafon” komandaları üz-üzə gəlib. 3:1 hesabı ilə qalib gələn “Marafon” birinci dövrədəki yenilginin də revanşını almış olub. 

EKOL - “Premier” duelində favorit qələbə qazanıb. Hərçənd debütant təcrübəli rəqibinə kifayət qədər müqavimət göstərməyi bacarıb. 

Növbəti oyun nominal qonaqların məhsuldarlığı ilə yadda qalıb. “Tələbələr” fasiləyə qədər 6 cavabsız top vurub. İkinci hissədə rəqibinə cəmi bir dəfə fərqlənmək imkanı verən “Bakı” TFK yekunda böyükhesablı qələbə qazanıb. 

Turun son oyunu baş tutmayıb. “Xızı Futzal” təyin olunan vaxtda meydana çıxmadığına görə, nəticə ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək.

Yüksək Liqa
10-cu tur

2 dekabr

Baku Fire – Araz 2:10
Qollar: Rauf Rüstəmov, 05:26. Reza Tolouei, 20:41 - Hadi Ahmadi, 01:25. Hadi Rezvan, 02:39; 25:52. Murilo Borges Souza, 09:44; 17:33; 26:44. Nihad İsmayılov, 16:35; 33:50. Xətai Bağırov, 36:28. Amir Shojaei, 37:51.
Hakimlər: Əli Cəbrayılov, Ziya Nəsirov, İsgəndər Əliyev.
Bakı İdman Sarayı. Saat 12:00.

Neftçi İK - Marafon 1:3
Qollar: Emil Həsənzadə, 21:44 - Vitali Borisov, 02:28; 19:45. Sərxan Məstiyev, 33:10.
Hakimlər: Hikmət Qafarlı, Azər Əsgərov, Elmir Quluzadə.
Bakı İdman Sarayı. Saat 14:00.

EKOL - Premier 4:1
Qollar: Fərid Ələkbərov, 08:15. Talebmohammad Arabpour, 08:50. Namiq Məmmədkərimov, 25:15. Əsgər Abasov, 37:28 - Vüqar Asaliyev, 09:44.
Hakimlər: Ramiz Məhərrəmov, Rahin Heybətov, Fuad Həsənov.
Bakı İdman Sarayı. Saat 16:00.

Yasamal İSK – Bakı TFK 1:8
Qollar: Əlimirzə Daşzərini, 26:20 - Fərid Səmədzadə, 02:50. Emin Abbasov, 03:50; 08:59. Elvin Adışırinli, 06:35; 16:34; 18:38; 27:11. Tural Lətifov, 31:58.
Hakimlər: Rahin Heybətov, Ceyhun Hüseynov, Mahir Məmmədov.
Bakı İdman Sarayı. Saat 18:00.

Record club – Xızı Futzal (“Xızı Futzal” komandası təyin olunmuş vaxtda meydana çıxmayıb)
Hakimlər: Ramil Namazov, Elvin Ağayev, Hacıəli Ağayev.
Bakı İdman Sarayı. Saat 20:00.