“Neftçi” uduzdu, bir oyun təxirə salındı
- 28 Yan 2023 20:15
- 443
Azərbaycan Basketbol Liqasında 15-ci tur yekunlaşıb.
Rekord.az verir ki, turun qapanış oyunu bu gün Sərhədçi İdman Mərkəzində “AAAF Xırdalan BK” və “Neftçi İK” arasında baş tutub.
Gərgin və maraqlı mübarizə şəraitində keçən, əlavə vaxta gedən oyunun sonunda “AAAF Xırdalan” rəqibi üzərində 104:102 hesablı qələbə qazanıb.
Matçın ən məhsuldar basketbolçuları “AAAF Xırdalan”dan Devin Pullum (35 xal, 5 asist), “Neftçi”dən isə Davit Lomidze (24 xal, 4 ribaund) olub.
“Gəncə” və “Olimpik Şəki” komandaları arasındakı oyun isə texniki və təşkilati məsələlərə görə qeyri-müəyyən vaxta təxirə salınıb.