Bu gün Misli Premyer Liqasında 29-cu tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

Əvvəlcə “Şamaxı” “Neftçi”ni qəbul edib. Turun son oyununda isə “Araz-Naxçıvan” və “Sumqayıt” komandaları qarşılaşıblar. Şamaxıdakı oyunda "Neftçi", Bakıdakı görüşdə isə Naxçıvan təmsilçisi inamlı qələbəyə sevinib.

Daha öncə keçirilmiş “Səbail” – “Turan Tovuz” matçı qolsuz (0:0) bitib, “Sabah” evdə “Kəpəz”ə (0:1) uduzub, “Qarabağ” “Zirə”yə qalib gəlib - 1:0.

Misli Premyer Liqası
29-cu tur

7 aprel

“Şamaxı” – “Neftçi” 0:2
Qollar: Ramil Şeydayev, 42-pen. Filip Ozobiç, 89.
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
Şamaxı şəhər stadionu, 15:30.

Şamaxı: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov 18. Cəlal Hüseynov (k) 82. Rüfət Abbasov 24. Edqar Adilxanov 12. Maykl Tuik 32. Vasiliye Radenoviç 93. Brahim Konate 30. Andrey Tirkoveanu 66. Vasiliye Bakiç 33. Alfons Msanqa.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov 62. Abdulla Seydəhmədov 60. Səbayıl Bağırov 23. Murad Vəliyev 6. Rauf Rüstəmli 19. Fəxri Məmmədli 73. Elmar Məmmədov.
Baş məşqçi: Ayxan Abbasov.
Neftçi: 1. Emil Balayev (k) 10. Filip Ozobiç 3. Höccət Haqverdi 19. Azər Salahlı 7. Azər Əliyev 90. Ramil Şeydayev 13. Emil Səfərov 14. Edvin Kuç 6. Rafael Quzzo 99. Ervin Koffi 9. Bassala Sambu.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov 30. Rustam Samigullin 17. Rəhman Hacıyev 91. Ağadadaş Salyanski 47. Murad Məmmədov 22. Dembo Darboe 77. Yeqor Boqomolski 11. Aleks Fernandes.
Baş məşqçi: Samir Abasov.

“Araz-Naxçıvan” – “Sumqayıt” 2:0
Qollar: Ramon Maçdo, 20-pen. Silvanus Nimeli, 65-öz qapısına.
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
“Liv Bona Dea Arena”, 18:00.

Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 2. Slavik Alxasov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 8. Karlos Jatoba, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 23. Nuno Rodriqes.
Baş məşqçi: Elmar Baxşıyev.
Sumqayıt: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 95. Miloş Miloviç, 23. Ronaldo Vaskez, 60. Tresor Mossi, 9. Bobir Abdixolikov.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 94. Rəşad Əzizli, 6. Vüqar Mustafayev, 7. Rövlan Muradov, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 5. Alan Dias, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.