Azərbaycan çempionatları tarixində 913 oyun böyükhesablı nəticə ilə başa çatıb.

Rekord.az PFL-in saytına istinadən xəbər verir ki, 1992-ci ildən keçirilən yarışda ən çox belə qələbə qazanan komanda “Neftçi”dir. Baklılar 127 dəfə rəqibini 3 və ya daha çox top fərqi ilə məğlub edib. Daha bir komandanın hesabında 100-dən çox böyükhesablı qələbə var: “Qarabağ” 107 matçda buna nail olub.

Ən çox böyükhesablı qələbə qazanan komandalar: “Neftçi” – 127, “Qarabağ” – 107, “Kəpəz” – 93, “Turan” – 59, “Keşlə” – 53, “Bakı” – 52, “Xəzər Lənkəran” – 42, “Şəmkir” – 38, “Xəzər” Sumqayıt, “Qəbələ” – 31.

Üç və ya daha çox top fərqiylə alınan məğlubiyyət sayında antirekord MOİK-ə məxsusdur. Paytaxt klubu 52 ağır yenilgi alıb. Qusar “Şahdağ”ı ikinci, “Turan” üçüncüdür.

Ən çox böyükhesablı məğlubiyyət alan komandalar: MOİK – 52, “Şahdağ” Qusar – 45, “Turan” – 44, “Kəpəz” – 40, “Bakı” – 37, “Xəzər” Sumqayıt – 36, “Şəfa” – 30, “Qəbələ” – 27, “Viləş”, “Pambıqçı” B, “Kürmük”, “Bakılı” – 26.