Misli Premyer Liqasının 11-ci turunda üz-üzə gələcək "Sabah"la "Neftçi"də qarşılıqlı itkilər var.

Rekord.az xəbər verir ki, "Sabah"ın məşqçisi Saşa Sablyak "Zirə" ilə oyunda qırmızı vərəqə aldığı üçün bu həftə texniki zonada olmayacaq.

"Neftçi"nin itkisi ilə daha ciddidir. Belə ki, "Səbail"lə qarşılaşmada meydançadan qovulan Edvin Kuç "Sabah"la oyunda komandasına kömək edə bilməyəcək.