“Neftçi” və “Sumqayıt”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibləri olan Makedoniyanın "Şkupi" və "Şkendiya" komandalarının ölkə çempionatındakı növbəti oyunlarının vaxtı dəyişdirilib.

Rekord.az yerli mətbuata istinadən xəbər verir ki, klubların istəyini nəzərə alan yerli federasiya avqustun 23-nə planlaşdırılan qarşılaşmaların 2 gün tez keçirilməsinə icazə verib.

"Şkupi" səfərdə "Belasitsa", "Şkendiya" isə "Makedoniya GP" komandası ilə üz-üzə gələcək.

Qeyd edək ki, avqustun 27-də oynanılacaq "Neftçi" - "Şkupi" və "Sumqayıt" - "Şkendiya" görüşlərinə saat 20:00-da start veriləcək.