Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Sumqayıt” doğma meydanda eyni xala (22) malik olduğu “Kəpəz”lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Turun qapanış matçında isə “Neftçi” “Turan Tovuz”u qəbul edib. Tərəflər yekunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. 

Daha öncə “Araz-Naxçıvan” “Qarabağ”a (1:3) uduzub, “Şamaxı” “Sabah”a, “Zirə” isə “Səbail”ə eyni hesabla (1:0) qalib gəlib.

Misli Premyer Liqası
26-cı tur

10 mart

“Sumqayıt” – “Kəpəz” 3:0
Qollar: Roi Kehat, 20; 51. Nihad Əhmədzadə, 90+4.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 17:00.

Sumqayıt: 36. Xəyal Fərzullayev, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 95. Miloş Miloviç, 23. Ronaldo Vaskes, 60. Tresor Mossi, 9. Bobir Abduholikov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 94. Rəşad Əzizli, 6. Vüqar Mustafayev, 7. Rövlan Muradov, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.
Kəpəz: 1. Rojerio Santos, 99. Əli Səmədov, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 8. Elmir Tağıyev, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 70. Nicat Süleymanov, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 11. Trent Buhaqyar, 10. Kərim Lkuça.
Baş məşqçi: Azər Bağırov.

“Neftçi” – “Turan Tovuz” 1:1
Qollar: Bassala Sambu, 88 - Hayderson Hurtado, 90+5.
Qırmızı vərəqə: Emmanuel Hakman, 18.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
“Neftçi Arena”, 19:30

Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 24. Mustafa Sek, 18. Ryonosuke Ohori, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 47. Murad Məmmədov, 6. Rafael Quzzo, 9. Bassala Sambu, 22. Dembo Darboe, 20. Alfa Konte, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.
Turan Tovuz: 41. Sergey Samok, 19. Orxan Əliyev, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 6. Araş Qaderi, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdiyev.