"Neftçi" veteranı millini, AFFA-nı, İK üzvlərini sərt tənqid etdi: "Futbolu zibil gününə qoymusunuz"
- 07 Sen 2020 17:00
- 1211
"Neftçi"nin veteran futbolçusu, AFFA Həmkarlar İttifaqının idarə heyətinin üzvü Səmədağa Şıxlaov millinin Lüksemburqa biabırçı məğlubiyyəti haqda fikirlərini bölüşüb.
Rekord.az-a açıqlamasında o, kəskin fikirlər səsləndiib.
Əsas hədəfi isə AFFA rəhbərliyi və onların yarıtmaz siyasəti oldu: "İlk vaxtdan milliyə əcnəbi məşqçinin gətirilməsinin əlehinə olmuşam. Keçən seçmə mərhələdə gətirdilər, axırını da gördük. Açıq danışmaq lazımdır. Bizdə o səviyyədə futbolçu yoxdu axı əcəbi məşqçi də gətirək. Bu gün hansı milli ilə başabaş oynaya bilərik? Heç kiminlə. Son illər futbolumuzun səviyyəsi daha da aşağı düşüb. Təəssüf ki, bu durum heç kimi maraqlandırmır və heç kim buna əncam qılmır. 8 komandalı Bakı çempionatından biz nə qazana bilərik? Heç nə. Heç məktəb çempionatında 8 komanda ilə oynamırlar. Biz amma 8 komanda ilə oyunçu yetişdirmək, Avropada yer tutmaq istəyirik. Qeyri mümkündür. Qonşu Gürcüstanda 4 liqa var. Bizdə neçə liqa var? Bunları kim eliyir? Olmaz axı belə. Futbolu qoyublar zibil gününə".
Şıxlarov daha sonra AFFA İcraiyyə Komitəsində yer alan futbol veteranlarını hədəf götürdü: "Azərbaycanda bu qədər mütəxəssis var, yığın onlaı bir araya, onlardan məsləhət alın. Yığmayın yaltaqları ora. Nə deyilir "hə" deyirlər. Ayıbdı e. 20 ildən sonra qəbrinizə söyəcəklər. Bizi də qatacaqlar sizə. Halbuki biz hadisələrdən kənardayıq. Məşqçiləri dəyişirsiniz. Arada İK üzvlərini də dəyişin də. Mafyoz qrupa döndəriblər oranı. Futbolu bilməyənlər qərar verir, futbolu bilən də susub əl qaldırır. Uşaq futbolunda futboldan uzaq şəxslər işləyir. AFFA hamısına ucdantutma lisenziya verib buraxır. Futbolu elə günə salıblar ki, adam bəzən öz komandasına da azarkeşlik etmək istəmir. Özləri də əllərini ciblərinə qoyub gəzirlər. O ölkə sənin, bu ölkə mənim. Kef eliyirlər. Orda oturan futbol veteranları da qorxudan danışa bilmir. Yalandan deyirlər inkişaf var. Harda var inkişaf? Qırağa çıxardacaq normal futbolçumuz yoxdur. Varsa çıxardın ortaya göstərin. Futbolu bilməyən məşqçiləri tanışlıqla, dostluqla yığıb doldurubla ora. Hərəsi bir mafiya düzəldib. Nə vaxta kimi belə olacaq? Ölkədə nə qədər işsiz PRO kateqoriyalı məşqçi var. Onlara iş tapılmayacaqsa həmin kateqoiyanı niyə verirsiniz? Futbolu it gününə qoymusunuz. Sonra deyirlər ki, niyə bizdən yazırlar, niyə bizi tənqid edirlər. Sən Lüksemburqu uda bilmirsənsə, səni tərifləməlidirlər? Sənin futbolçularının tərbiyəsi yoxdursa, onun nəyindən danışım, nəyini tərifləyim?".