![photo](https://www.rekord.az/storage/uploads/5/senol-gunes-2.jpeg)
“Neftçi” yaxşı texnikalı komandadır” - Şenol Günəş
- 16 Avq 2023 20:44
- 258
“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”yə qarşı keçirəcəkləri cavab oyunu ilə bağlı danışıb.
Rekord.az xəbər verir ki, türkiyəli mütəxəssis qarşılaşma öncəsi təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Mövsümə yeni başlamışıq. Üç gündən bir oyun keçiririk. Əlimizdəki heyətdən maksimum dərəcədə yararlanmağa çalışırıq. Hər hansı bir problemimiz yoxdur, fiziki cəhətdən hər şey qaydasında görünür. “Neftçi” ilə sabahkı oyuna 3:1 hesablı üstünlüklə başlayacağıq. Amma meydana çıxmadan qələbə qazanmaq olmur. “Neftçi” yaxşı top saxlayan, texnikalı komandadır. Öz oyunumuzu sərgiləyib, mərhələni adlamaq istəyirik. Ümid edirəm ki, sabah maraqlı mübarizə olar”.