Roberto Bordin bu yaxınlarda "Neftçi"dən göndərildi. Bu göndəriş qarşılığında bakılılar italiyalı üçün təzminat ödəyəcək. Çünki onunla qüvvədə olan müqavilə var idi.

Rekord.az-a daxil olan məlumata görə, "Neftçi" Bordinə təzminatı fərqli formada ödəyəcək.

Onunla söhbətdə maddi durumun heç də yaxşı olmadığı və təzminatın birdəfəyə ödəməyin klub üçün sıxıntı olacağı deyilb. Xahiş olunub ki, məşqçinin maaşı müqavilə müddətinin sonuna kimi onun hesabına yüklənsin. Bordin də bu təklifi qəbul edib.