“Neftçi” yenidən Sezar Meza Kolliyə təklif göndərib.

Rekord.az-a daxil olan məlumata görə, pandemiya səbəbindən ölkə xaricindən futbolçu transfer edə bilməyən “ağ qaralar” daxili bazardan tanıdıqları futbolçulara üstünlük verməyi düşünür.

Paraqvaylı ilə hələ ötən ildən danışıq olsa da sonradan maliyyə məsələsində razılıq əldə edilməmişdi. “Neftçi” yenidən bu məsələyə qayıdıb və Meza Kolliyə növbəti təklif göndərilib. Futbolçu hələlik hər hansı qərar verməyə tələsmir.