“Neftçi” Peşəkar Futbol Klubu ilə "Meqa Sığorta” ASC arasında 2019-cu il yanvarından etibarən başlayan brend əməkdaşlığının müddəti uzadılıb.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ilə şirkət arasında bununla bağlı razılıq əldə edilib və daha bir il müddətinə əməkdaşlıq sazişi imzalanıb.

Müqavilənin şərtlərinə əsasən, "Neftçi”nin əsas və əvəzedici heyətinin oyun formalarında "Meqa Sığorta” ASC-nin loqosu əksini tapacaq.

Həmçinin, klub tərəfindən qarşı tərəfin təbliğatı istiqamətində müxtəlif reklam xidmətləri göstəriləcək. "Meqa Sığorta” ASC isə bunun qarşılığında kluba maddi dəstək verəcək və müxtəlif siğorta xidmətləri göstərəcək.