“Neftçi” daha bir futbolçunu heyətinə qatıb.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mustafa Sek “ağ-qaralar”la anlaşıb.

Seneqal əsilli ispaniyalı müdafiəçi Bakı klubu ilə 3 illik müqavilə imzalayıb. Sek yeni komandasında 24 nömrəli formanı geyinəcək.

Sekin son klubu Portuqaliya təmsilçisi “Portimonense” olub.