“Neftçi” yeni transferi Aaron Olanarenin adını Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Türkiyənin “Beşiktaş” klubu ilə keçiriləcək oyunun iştirak ərizəsinə əlavə edib.

Rekord.az qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, nigeriyalı futbolçunun adı üç hücumçudan biri kimi təqdim olunub.

29 yaşlı forvard bu gün “Neftçi Arena”da keçiriləcək qarşılaşmada baş məşqçi Adrian Mutunun sərəncamında olacaq.

Qeyd edək ki, “Neftçi” – “Beşiktaş” matçı saat 21:00-da başlayacaq.