"Neftçi" yeni transferləri ciddi problemlə üzləşib və İstanbulda "ilişib"
- 08 İyl 2020 12:00
- 1118
«Neftçi» transfer etməyə hazırlaşdığı legionerlərlə bağlı ciddi problemlə üzləşib.
Rekord.az xəbər verir ki, braziliyalı Tailson ilə mərakeşli Sabir Buqrin hazırda Türkiyədədir, klub onları Azərbaycana gətirə bilmir.
Cənubi amerikalı 2 həftədir İstanbulda gözləyə-gözləyə qalıbsa, ərəb 5-6 gün öncə qonşu ölkəyə dəvət olunub.
Onların otel və digər gündəlik xərcləri «Neftçi» tərəfindən qarşılanır. Fəqət Azərbaycanın İstanbuldakı konsulluğu koronavirus pandemiyası səbəbindən fəaliyyətinə ara verdiyindən, futbolçular «ASAN viza» üçün müraciət edə bilmirlər.
Yaranmış qeyri-müəyyənlik hər iki legionerdə ciddi narazılıq yaradıb və onlar bu barədə fikirlərini klub rəsmilərinin diqqətinə çatdırıblar. Hər ikisi bildirib ki, sənəd problemi qısa zaman kəsiyində həllini tapmasa, müqavilə imzalamaqdan imtina edərək, ölkələrinə qayıdacaqlar. (sportinfo.az)