![photo](https://www.rekord.az/storage/uploads/5/neftci-39.jpg)
"Neftçi" yeni transferlərini UEFA-ya sifariş etdi
- 26 İyl 2023 18:21
- 572
"Neftçi" yeni transferləri Mark Tamaşla Ervin Koffini UEFA-ya sifariş edib.
Rekord.az xəbər verir ki, hər iki legioner müdafiəçinin adı Bosniya və Herseqovina "Jelezniçar"ı ilə keçiriləcək Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsinə salınıb.
Əvəzində isə Serbiya "Partizan"ına keçəcəyi gözlənilən Matias Saldanyanın adı siyahıdan çıxarılıb. Bununla da iştirak ərizəsində olan oyunçuların sayı 27-yə çatıb.
"Neftçi" və "Jelezniçar" arasında ilk oyun iyulun 27-də Sarayevoda olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab görüşü isə avqustun 3-də Bakıda keçiriləcək.