Bir müddət əvvəl “Neftçi”nin “Voluntari” klubunun futbolçusu Marko Simonovski ilə danışıqlar apardığı haqda məlumat vermişdik. Hətta qeyd etmişdik ki, aylıq 7 min dollar maaş istəyən futbolçu ilə son şərtlər də müzakirə olunmuşdu. Lakin son anda tərəflər razılaşa bilmədi.

Rekord.az-a daxil olan məlumata görə, “ağ qaralar” yenidən Simonovskini heyətinə qatmaq istəyir.

Lakin danışıqlara yanvarda başlanılacağı gözlənilir.