
"Neftçi" "Zenit"ə qarşı
- 01 İyl 2023 12:40
- 377
Bu gün Rusiyada PARİ Premyer Kuboku (“Matç TV Kuboku”) start götürəcək.
Rekord.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Neftçi" də bu gün turnirdə ilk oyununu keçirəcək. Komanda “Zenit” ilə üz-üzə gələcək. Sankt-Peterburqdakı “Qazprom Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq və “Matç TV” vasitəsi ilə canlı yayımlanacaq.
Yarışa baş məşqçisiz yollanan “ağ-qaralar” turnir çərçivəsində iyulun 8-də "Srvena Zvezda” (Serbiya), iyulun 15-də isə “Fənərbaxça” (Türkiyə) ilə qarşılaşacaq.
20:30. “Zenit” – “Neftçi”
Hakimlər: Artyom Çistyakov, Aleksey Şiryayev, Vladislav Nazarov
“Qazprom Arena”