
“Neftçi” “Zenit”lə bacarmadı
- 01 İyl 2023 22:40
- 402
Yeni mövsümə Rusiyada hazırlaşan "Neftçi" "Match TV" beynəlxalq turnirində ilk oyununu keçirib.
Rekord.az xəbər verir ki, "ağ-qaralar" yerli "Zenit" komandası ilə qarşılaşıb.
Sankt-Peterburqdakı "Qazprom Arena"da oynanılan görüş rəqibin əzmkar qələbəsi ilə başa çatıb - 3:1.
Hesabı 39-cu dəqiqədə Bakı klubundan Mateus Saldanya açıb. Braziliyalı hücumçu penaltini dəqiq yerinə yetirib. "Zenit"in qollarını isə 49-cu dəqiqədə Qustavo Mantuan, 70-ci dəqiqədə Klaudinyo və 80-ci dəqiqədə Zelimxan Bakayev vurublar.
"Neftçi" bu turnirdə iyulun 8-də Serbiyanın "Srvena Zvezda", iyulun 12-də isə Türkiyənin "Fənərbaxça" komandaları ilə də qarşılaşacaq.