
“Neftçi” – “Zirə” matçının biletləri satışa çıxarıldı
- 09 Apr 2025 15:40
- 96
Azərbaycan Premyer Liqasının 30-cu turunun aprelin 13-də keçiriləcək “Neftçi” – “Zirə” matçının biletləri satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, azarkeşlər biletləri “iticket.az” saytından əldə edə bilərlər.
Biletlərin qiyməti sektorlara uyğun olaraq 2, 3, 5, 15 və 20 AZN təşkil edir.
“Neftçi Arena”da baş tutacaq görüşün biletləri oyun günü stadionun kassalarında da satışda olacaq.
Qarşılaşma saat 19:15-də başlayacaq.