Misli Premyer Liqasında 15-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

Günün ilk matçı Tovuzda “Kəpəz”lə “Sabah” arasında keçirilib. Qarşılaşma qonaq komandanın inamlı qələbəsiylə yekunlaşıb.

Daha sonra “Neftçi” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. Bu görüşdə isə meydan sahibləri tək qolla 3 xal qazanıblar.

Xatırladaq ki, ilk oyun günündə keçirilmiş “Araz-Naxçıvan” – “Səbail” (1:1) və “Turan Tovuz” – “Sumqayıt” (2:2) oyunlarında qalib müəyyənləşməyib. Tura sabah keçiriləcək “Qarabağ” – “Qəbələ” matçı ilə yekun vurulacaq.

Misli Premyer Liqası
15-ci tur

3 dekabr

“Kəpəz” – “Sabah” 0:2
Qollar: Anatoli Nuriyev, 6. Yeqor Xvalko, 14-öz qapısına.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Əli Əliyev
Tovuz şəhər stadionu, 15:00

Kəpəz: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 88. Şakir Seyidov, 26. Adama Niane, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 12. Kamran İbrahimov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov
Baş məşqçi: Adil Şükürov
Sabah: 55. Nicat Mehbalıyev, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rustam Samigullin, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 14. İshak Belfodil, 28. Kahim Parris, 12. Vensan Till.
Baş məşqçi: Murad Musayev

“Neftçi” – “Zirə” 1:0
Qol: Rəhman Hacıyev, 60.
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Cavid Cəlilov
“Neftçi Arena”, 17:00

Neftçi: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 16. Lukas Melano, 22. Reziuan Mirzov , 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 10. Filip Ozobiç, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 21. İsmayıl Zülfüqarlı, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 5. Kenni Sayef, 25. Aaron Olanare, 23. Ataa Caber
Baş məşqçi: Adrian Mutu
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 15. Pyer Zebli, 28. Abbas İbrahim
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 6. Eldar Quliyev, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov