Bildiyiniz kimi AFFA-nın icraçı vitse-prezident baş katibi Elxan Məmmədov bu yaxınlarda "Neftçibaza"nın hazırkı süni örtüyünün sıradan çıxdığını və yenilənməsi ilə bağlı Oqtay Abdulayevə tapşırıq verildiyini bildirmişdi.

Lakin Rekord.az xəbər verir ki bu məsələdə heç bir yenilik yoxdur.

Abdullayev bildirib ki bu məsələnin həlli üçün böyük vəsait lazımdır və bu da onun imkanı xaricindədir. Yəni Abdullayev də dolayısı ilə AFFA-dan kömək istəyib.

Qeyd edək ki "Neftçibaza" AFFA-ya tabe olmayan idman qurğusudur.