"Neftçi"də audit yoxlaması olacaq?
- 24 İyl 2021 14:00
- 904
Məlum olduğu kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 4 vitse-prezidentinin vəzifələrindən azad edilməsi haqqında sərəncam imzalanıb.
Rekord.az xəbər verir ki, postunu itirənlərdən biri Mikayıl İsmayılov, digəri Tofiq Qəhrəmanovdur.
Onlar birbaşa və dolayısı ilə “Neftçi”yə aidiyyatı olan şəxslərdir. Beləki, M.İsmayılov klubun kuratoru idisə, T.Qəhramanov Şüşahidə Şurasının üzvü olan Zaur Qəhrəmanovun atasıdır.
Aydın məsələdir ki, bu islahat paytaxt təmsilçisinin yönətimində də “əl dəyişməsi”nə aparıb çıxaracaq.
Yeni kuratorun kimliyi hələ bilinmir. Dəqiq olan isə M.İsmayılovun nəzarəhətindəki sahələrdə audit yoxlamaların başlayacağıdır.
Bura, təbii ki, “Neftçi” də daxildir. Son 5-6 ildə klubun maliyyə siyasətini müəyyənləşdirən sabiq vitse-prezidentin qol çəkdiyi bütün sənədlər təftiş ediləcək. (sportinfo.az)