"Neftçi"nin 4 futbolçusu bu gün "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri Premyer Liqanın 30-cu tur matçında iştirak edə bilməyəcək.

Rekord.az xəbər verir ki, bərpa prosesi keçən qapıçı Emil Balayevlə yanaşı kəskin respirator virus infeksiyası diaqnozu ilə müalicə alan cinah müdafiəçisi Ömər Buludov bu matçı buraxmalı olacaq.

Dizindəki ağrılarla bağlı müalicəsi davam edən digər qolkiper Aqil Məmmədov və fərdi olaraq hazırlıq keçən yarımmüdafiəçi Ataa Caber də meydana çıxmayacaq.

Bu gün "Neftçi Arena"da oynanılacaq qarşılaşma saat 19:00-da başlanacaq.