"Neftçi"də iki ciddi itki
- 05 Apr 2021 10:30
- 651
Premyer Liqanın 21-ci turunda hazırda “Sumqayıt”la qarşılaşan “Neftçi”nin iki aparıcı futbolçusu cəzalı duruma düşüb.
Rekord.az xəbər verir ki, qvineyalı yarımmüdafiəçi Mamadu Kane və çempionatın bombardiri Namiq Ələsgərov bu görüşdə mövsümdə 4-cü sarı vərəqəsini alıb. Kaneyə 25, Namiqə isə 72-ci dəqiqədə rəsmi xəbərdarlıq edilib.
Bununla da, hər iki futbolçu 22-ci turda “Qəbələ” ilə səfər oyununu buraxmalı olacaq. Aprelin 10-da keçiriləcək "Qəbələ" - "Neftçi" matçı saat 16:00-da başlayacaq.