"Neftçi"nin basketbol komandası heyətini yeni oyunçularla gücləndirib.


Rekord.az xəbər verir ki, Azərbaycan Basket Liqasında mübarizə aparan komanda amerikalı iki basketbolçu ilə anlaşıb.


Derrel Camal Brentli və De Ancelo Uilyam Stüart ilə rəsmi müqavilə imzalanıb.


“Ağ-qaralar" bu gün Ayzeya Lyuis, Alonso Kempbel, Broderik Robinson və Bobi Harvi ilə vidalaşdıqlarını açıqlayıb.