“Neftçi”də konqolu hücumçu
- 11 Sen 2020 10:04
- 761
“Neftçi” növbəti transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi Konqo milli komandasının hücumçusu Prins İbaranı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni transferlə 1 illik müqavilə imzalanıb. Belçikanın "Birşot” klubuna (2019/20; 12 oyun) məxsus olan 24 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında “Neftçi”nin heyətində çıxış edəcək. O, “13” nömrəli formanı geyinəcək.
Prins İbara Konqonun ACNFF (2014), "Pelikan” (2015; 6 oyun, 6 qol), Tunisin "Bizerten” (2015-2017; 19 oyun, 8 qol), Qətərin "Əl-Vakra” (2017/18; 9 oyun, 1 qol) və Əlcəzairin "USM Əlcəzair” (2018/19, 27 oyun, 10 qol) klublarında çıxış edib və 2019-cu ildə Əlcəzair çempionu olub. İbara Konqo milli komandasının heyətində 11 oyun keçirib, 3 qol vurub.