"Keşlə" üzərində qələbə qazanan "Neftçi" futbolçuları həm də maddi planda irəli düşüblər.

Rekord.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik bu qələbəyə görə futbolçulara mükafat ayırıb.

Hər futbolçu 2000-3000 manat aralığında qabağa düşüb. Rəhbərlik söz verib ki, qələbələr ardıcıl gəldikcə, mükafatlar da ard-arda gələcək.