«Neftçi»də mükafatlandırma sistemi dəyişdiriləcək.

Rekord.az xəbər verir ki, sportinfo.az-a bu barədə məlumat klubdan daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, bu, rəhbərliyin qərarıdır və məqsəd mükafat fondunu optimallaşdırmaqla yanaşı, qarşıya qoyulan məqsədə çatmaq yolunda futbolçuları stimullaşdıırmaq məqsədi daşıyır.

Yeni sistemin mahiyyətinə gəlincə, yönətim daha hər oyuna görə uduş təyin etmək niyyətində deyil.

Mükafatlandırmanın xal hesabına görə aparılması nəzərdə tutulur. Komanda bu pulu 3-4 oyundan bir olacaq. Bu matçlarda maksimum xal toplanarsa, məbləğ tam şəkildə ödəniləcək.

Həmin qarşılaşmaların birində məğlubiyyət, yaxud heç-heçə qeydə alınarsa, «ənam»ın rəqəmi iki dəfə aşağı düşəcək.