![photo](https://www.rekord.az/storage/uploads/5/n-54.jpg)
“Neftçi”də Mutunun köməkçiləri müəyyənləşdi
- 14 İyl 2023 18:00
- 374
“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.
Rekord.az xəbər verir ki, 45 yaşlı Alin-Nikolaye Çita köməkçi məşqçi, 44 yaşlı Aurelian-Boqdan Petraşku analitik məşqçi, 28 yaşlı Miodraq Todorov fiziki hazırlıq üzrə məşqçi, 47 yaşlı Mihai-Qavril Nedeban isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.
Mütəxəssislərin hər biri ilə 2 illik müqaviləyə imza atılıb.
Baş məşqçi Adrian Mutu və köməkçiləri artıq Sankt-Peterburqda təlim-məşq toplanışında olan komandanın düşərgəsindədir. “Ağ-qaralar” bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq məşqə rumıniyalıların rəhbərliyi altında çıxacaq.
Qeyd edək ki, hər dörd mütəxəssis bundan əvvəl də baş məşqçi Adrian Mutu ilə birlikdə çalışıb.