"Neftçi"də baş məşqçi ilə futbolçular arasında qalmaqallar bitmək bilmir. 

Rekord.az xəbər verir ki, Roberto Bordin bu dəfə Stiven Monrozla problem yaşayıb.

Belə ki, italyan mütəxəssisin tapşırıqlarını lazımı səviyyədə yerinə yetirməyən fransalı hücumçu hazırlıq prosesini yarımçıq tərk etməli olub.

Bordin tərəfindən məşqdən kənarlaşdırılan sabiq "Qəbələ"li bu barədə idman direktoru Ceyhun Sultanova şikayət edib. (sportinfo.az)