Bildiyiniz kimi, Rəhman Hacıyev bu mövsümdən icarə əsasında “Keşlə”də çıxış edir.

Rekord.az-a daxil olan məlumata görə, futbolçu öz istəyi ilə “Neftçi”dən gedib.

Yəni ehtiyatda qalmaqla barışmayıb əsas heyətdə oynaya biləcəyi komandaya keçmək istədiyini bildirib və “Keşlə”yə yollanıb. Lakin əldə etdiyimiz məlumata görə, onun aylıq maaşını klublar yarı-yarı ödəyir. Belə ki, Rəhmanın “Neftçi”dəki aylıq maaşı 17 min manatdır. Hazırda bunun 10 minini “Keşlə”, 7 minini isə “Neftçi” ödəyir.