“Neftçi”də qalır
- 04 May 2021 14:00
- 2044
"Neftçi" legionerlərdən biri haqda qərarını verib.
Rekord.az xəbər verir ki, "ağ-qaralar" serbiyalı müdafiəçisi Vojislav Stankoviçlə cari mövsümün sonunda başa çatan müqavilənin müddətini uzadacaq.
34 yaşlı futbolçuyla yeni anlaşmanın 1 illik olması gözlənilir.
Xatırladaq ki, Stankoviç 2019-ci ilin yayından "Neftçi"də forma geyinir. O, bunadək ölkəmizdə "İnter" və "Qəbələ"də çıxış edib. (sport24.az)