![photo](https://www.rekord.az/storage/uploads/4/kamil-2.jpg)
"Neftçi"də transferləri bu şəxs edir
- 24 İyl 2023 13:00
- 897
"Neftçi"də gözlənilən dəyişikliklər davam etməkdədir.
Rekord.az xəbər verir ki, yeni rəhbər Rövşən Nəcəfin transfer məsələlərində ən çox etibar etdiyi şəxs tanınmış menecer Kamil Məmmədovdur.
Adrian Mutunun da transferində aparıcı rol oynayan Məmmədov hazırda komandaya gətirilən legionerlərə də şəxsən nəzarət edir. Əldə etdiyimiz məlumata görə, Zaur Əzizov bir növü "ofsayd"a salınmış vəziyyətdədir. Rəsmi olaraq başa menecer kimi onun adı gedir. Lakin qeyd etdiyimiz kimi, bu məsələlərdə əsas səlahiyyətlər faktiki Məmmədova məxsusdur.