![photo](https://www.rekord.az/storage/news/2025_02_08/neftci3_1739012744.jpg)
"Neftçi"də yeni əməkdaşlıq müqaviləsi
- 15:04
- 42
“Neftçi” ilə “International Holding Company”ə (IHC) məxsus “Palms Sports” arasında 5 illik sponsorluq müqaviləsi imzalanıb.
Rekord.az xəbər verir ki, anlaşma 2025-2030-cu illəri əhatə edir.
Sözləşməyə görə, “Palms Sports” “Neftçi Arena” və “Neftçi” Futbol Mərkəzinin adlandırma hüquqlarını əldə edib. Yeni adlar tərəfdaşların ortaq qərarı ilə müəyyən ediləcək və xəritələr, naviqasiya əlavələri ilə bütün rəsmi platformalarda yenilənəcək. “Neftçi”nin əsas komandasının 2025-2030-cu illər arasındakı bütün rəsmi və yoldaşlıq oyunlarında “Palms Sports” loqolarından biri 2025-2026 mövsümünün başlanğıcından etibarən formaların ön tərəfində yer alacaq. Loqolar oyun formalarından əlavə, məşq ləvazimatlarında və azarkeş məhsullarında da istifadə olunacaq. Bu sponsorluq müqaviləsi yalnız “Neftçi”nin maliyyə davamlılığını artırmayacaq, həmçinin klubun beynəlxalq miqyasda daha çox tanınmasına kömək edəcək. Uzunmüddətli işbirliyi modeli həm brendlər, həm də klub üçün möhkəm təməllər atmağı hədəfləyir.