![photo](https://www.rekord.az/storage/news/2025_02_08/bassala_sambu2019_1739026457.jpg)
“Neftçi”də yeni hücumçu
- 19:00
- 44
“Neftçi” növbəti transferini həyata keçirib.
Rekord.az xəbər verir ki, Seneqal əsilli ingiltərəli hücumçu Bassala Sambu artıq “Neftçi” ailəsinin üzvüdür.
9 nömrəli formanı geyinəcək 27 yaşlı futbolçu ilə 1,5 illik müqavilə bağlanıb.
Karyerasına İngiltərədə başlayan Sambu “Koventri” klubunun yetirməsidir. O, 2017-ci və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə Premyer Liqasının çempionu olub. Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb. Sonuncu klubu “Enosis Neon Paralimni”nin (Kipr) heyətində 2024/2025 mövsümündə meydana çıxdığı 21 matçda 5 qola imza atıb.