“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 18-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib: 

- Futbolçularımı təbrik edirəm. Çətin matç oldu. Belə oyunlarda möhkəm xarakter göstərmək lazımdır. Onlar bunu etdilər. Yorğunluq var idi komandada. Amma yenə də çox diqqətli oynadılar. Rəqib komandada boşluqlar var idi. Oyunçularım bundan istifadə edə bildilər.

- “Neftçi” istisna olmaqla digər klublar sosial şəbəkələrdə “Qarabağ”ı “Hakken” üzərində qələbəyə görə təbrik etdi. Bu barədə nə deyə bilərsiniz?
- Mən burda qəbahət görmürəm. Rəhbərlik bizi təbrik etdi. Digər bütün komandalar kimi, “Neftçi” də öz klubumuzdur.

- “Braqa” ilə oyun haqda nə deyə bilərsiniz?
- Çox maraqlanmadım əslində. Fikrim bu oyunda idi. Əvvəldən də demişdim, “Braqa” çox ciddi rəqibdir. Bizim üçün böyük təcrübə olacaq. Yaxşı futbolçuları var. İllərdir avrpkuboklarda çıxış edirlər.