Adrian Mutunun dönəmində əsas heyətdə şans qazanan gənc qapıçı Rza Cəfərov yeni baş məşqçi Bojoviçin də etimadını qazandı və monteneqrolu məşqçi də Cəfərova güvənməkdə davam edir.

Rekord.az xəbər verir ki, belə vəziyyətdə ehtiyat qapıçı Brkiçin bu durumdan narazı qalıb klubdan getmək fikirinə düşməsinə dair fikirlər var idi,

Lakin kluba yaxın mənbədən saytımıza daxil olan məlumata görə, xorvatiyalı qapıçı ehtiyatda qalsa belə, klubdan ayrılmağı düşünmür. Əsas odur ki, yaxşı maaş alır və yaşayışından mənmundu. 

Qeyd edək ki, Brkiçin "Neftçi" ilə müqaviləsi 2025-ci ilin yayında bitir.