Xəbər verdiyimiz kimi, "Neftçi"nin qapıçısı Aqil Məmmədov hələ də komandasının məşqlərinə qoşula bilmir.

Rekord.az xəbər verir ki, mart ayınad Naxçıvana, doğmalarının yanına gedən qapıçı  məlum pandemiya səbəbindən bugünə qədər Bakıya dönə bilmir.

Çünki  daxili reyslər də hələlik mümkün deyil. Əlaqə saxladığımız klubun mətbuat kaibi Rüstəm Allahverdiyev də bildirdi ki, məsələ ilə bağlı hər hansı yenilik yoxdur: "Naxçıvandan Bakıya təyyarə reysinin bərpasını gözləyirik. Aqil yalnız bu halda Bakıya dönə biləcək".

Qeyd edək ki, Bakı - Naxçıvan reysinin iyunun 18-də bərpa olunacağı gözlənilir.