“Neftçi”dən ayrılan futbolçu Latviya klubunda
- 24 İyl 2020 18:20
- 659
Bir müddət əvvəl “Neftçi” ilə yollarını ayıran Dario Frederikonun yeni iş yeri məlum olub.
Rekord.az xəbər verir ki, braziliyalı hücumçu Latviyanın “Riqa” klubuna keçib.
Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçuyla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Dario “Neftçi”nin heyətində keçirdiyi iki mövsüm ərzində 40 oyunda meydana çıxıb, 5 qol vurub.