"Turan Tovuz" icarə əsasında çıxış edən Fərid Yusiflini transfer etdiyini açıqlayıb.

Rekord.az xəbər verir ki, qərb təmsilçisi "Neftçi"dən ayrılan yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalayıb.

Yusifli ötən mövsümün ikinci hissəsini icarə əsasında Tovuz klubunda keçirib.

O, əyalət komandasının heyətində Premyer Liqada 10 oyunda meydana çıxıb.