“Neftçi” ilə yollarını ayıran Stiven Jozef-Monrozun yeni klubu bəlli olub.

Rekord.az xəbər verir ki, 31 yaşlı vinger karyerasını Yunanıstanda davam etdirəcək.

Fransalı oyunçu bu ölkənin “Ksanti” klubu ilə müqavilə bağlayıb. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Amma Yunanıstanın ikinci liqasında çıxış edən klub sözləşmənin detallarını açıqlamayıb.

Qeyd edək ki, Stiven Jozef-Monroz “Neftçi”də keçirdiyi iki mövsüm ərzində 44 oyunda 12 qola imza atıb. O, 2020/2021 mövsümündə "ağ-qaralar"ın heyətində ölkə çempionu olub. Yarımmüdafiəçi 2017-2019-cu illər aralığında da “Qəbələ”də forma geyinib.