“Neftçi” Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün Avstriyanın “Rapid” (Vyana) komandasına qarşı keçirəcəyi səfər oyunundan öncə azarkeşlərə müraciət ünvanlayıb.

Rekord.az xəbər verir ki, müraciətdə bunlar qeyd olunub:

“Avropa Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 11-də Bakı vaxtı ilə saat 22:30-da “Alyans” stadionunda keçiriləcək “Rapid” – “Neftçi” matçında komandamızı tribunadan dəstəkləmək istəyənlər həmin gün saat 20:30-dan oyun başlayanadək azarkeşlərimiz üçün ayrılmış 6-cı və 7-ci sektorların qapısından bilet əldə edə bilərlər. Qiyməti 12 avro olan biletlərin ödənişini kart vasitəsilə və ya nağd şəkildə etmək olar”.