“Neftçi” ilə icarə müqaviləsinin müddəti bitən Mert Çelik müqavilə ilə məxsus olduğu Türkiyənin “Başakşəhər” klubuna qayıdıb.

Rekord.az xəbər verir ki, millimizin üzvü İstanbul təmsilçinin məşqlərində iştirak etməyə başlayıb.

O, məşqdən şəkillərini sosial şəbəkə səhifəsində paylaşıb.

22 yaşlı oyunçunun yenidən başqa kluba icarəyə verilib-verilməyəcəyi barədə məlumat yoxdur.