Futbol üzrə Azərbaycan Birinci Divizionunda 22-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

“Neftçi”nin əvəzediciləri səfərdə “Sumqayıt″ın ikinci komandasını darmadağın edib. “Turan Tovuz” isə “Qaradağ Lökbatan”a son dəqiqə qolu ilə qalib gəlib.

Qeyd edək ki, ilk oyun günündə “Keşlə”nin əvəzediciləri “Sabah”ın ikinci komandasına qalib gəlib – 3:0. Tura sabah yekun vurulacaq. “Kəpəz” MOİK-lə, “Qarabağ-2” “Zaqatala”yla üz-üzə gələcək.

Birinci Divizion
22-ci tur

17 aprel

Sumqayıt-2 – Neftçi-2 0:4
Qol: Vüsal Əsgərov, 45+1-pen. Fərid Yusifli, 54. Nazim Bağırov, 58. Ramin Nəsirli ,85.
Hakimlər: Rauf Allahverdiyev, Rəhman İmami, Teymur Teymurov, Tural Qurbanov.
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 15:00.

Qaradağ Lökbatan – Turan Tovuz 1:2
Qol: Sabir Allahquliyev, 64 – Elçin Qasımov, 84. Vidadi Cəfərov, 90+1-pen.
Hakimlər: Kamranbəy Rəhimov, Ruslan Quliyev, Kərim Zeynalov, Namiq Bəkirov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.