“Neftçi-2” yoxlama oyunu keçirib. Rekord.az xəbər verir ki, paytaxt klubunun əvəzediciləri “Keşlə-2” ilə qarşılaşıb.

“Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüş meydan sahiblərinin qələbəsiylə başa çatıb – 4:0. 

Əlibəy Məmmədli dubla imza atdığı matçda “ağ-qaralar”ın digər qollarını Ülvi İbrahimov və Vüqar Həsənov vurublar.