Azər Əliyev “Neftçi”dəki durumundan narazıdır.

Rekord.az-a daxil olan məlumata görə, Azərbaycan pasportu ala bilməyən futbolçu klubunda əsas heyəydə oynamaq şansı da qazanmır.

Düzdür, “Neftçi”də yaxşı maaş alır. Lakin daimi oynamaq şansı qazanmaması ürəyincə deyil. Odur ki, Rusiyada yaxşı müqavilə təklif etməyə hazır olan klub axtarır. Əgər alınsa, qışda “Neftçi” ilə vidalaşacağı istisna deyil.