“Neftçi” PFK 2020/21 mövsümü üçün ilk transferini rəsmiləşdirib.

Rekord.az xəbər verir ki, paytaxt klubu Cabir Əmirlini heyətinə qatıb.

Bu barədə “ağ-qaralar”ın rəsmi saytı məlumat yaıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.

23 yaşlı müdafiəçi yeni komandasının heyətində 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, bunadək "Keşlə”də keçirdiyi 4 mövsüm ərzində meydana çıxdığı 54 oyunda 1 qola imza atmış Əmirli Azərbaycan U-21 milli komandasında da çıxış edib.